"Ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist COVID-19-dan vəfat edib" - Hikmət Hacıyev

10:14 13.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün təəssüf hissi ilə Azərbaycanın böyük dostu və ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist, “Aljazeera Arabic”in əməkdaşı Ömər Kaşramın COVID-19-dan vəfat etdiyini eşitdim.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Ömər 2016-cı ilin Aprel müharibəsində, eyni zamanda 2020-ci ilin 44 günlük müharibəsində də Azərbaycanla olub”, - deyə H.Hacıyev bildirib.